8 Avqust 2018 13:30
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş vəzifəli şəxslərə qarşı açılmış cinayət işində qanunun aliliyinin qorunması vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills keçmiş prezident Robert Köçəryanın həbs edilməsinə münasibət bildirərkən deyib.

O, Köçəryan və digər vəzifəli şəxslər barədə aparılan istintaq işinin şəffaf şəkildə həyata keçirildiyinə şübhə etmədiyini bildirib.

Amerikalı diplomat Nikol Paşinyanın məhkəmə sahəsində apardığı islahatları dəstəklədiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, Robert Köçəryan 2008-ci ildə İrəvanda keçirilmiş etiraz aksiyalarında iştirak edən insanlar odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilərək həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər