Peruda yas mərasimində 9 nəfər zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Perunun cənubunda, Ayacuxo bölgəsində baş verib.
Səhiyyə Nazirliyinin rəsmisi John Tinko bildirib ki, ölümə səbəb ət yeməyi olub.
Daha 20 nəfər xəstəxanaya düşüb.