İranın təhlükəsizlik qüvvələri ölkədə silsilə terror aktları törətmək istəyən 2 terrorçunu zəzərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bunu İranın xüsusi xidmət orqanının rəhbəri Mahmud Ələvi deyib.
O, terror təşkilatlarının İraqla sərhəddə yerləşən Kürdüstan və Xuzistan bölgələrini hədəfə aldıqlarını iddia edib.
Mahmud Ələvi xəbərdarlıq edərək bildirib ki, terror qruplaşmaları İranın iri şəhərlərində və paytaxtda terrakt həyata keçirməyi planlaşdırırlar.