Ermənistanın Milli Təhlükəsizlik Xidməti faktiki olaraq sabiq baş nazir Ovik Abramyana adi olan keçmiş mexanika-təmir zavodunun ərazisində böyük miqdarda silah-sursat aşkar edib.
Bu haqda Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzindən bildiriblər.
Zavod faktiki olaraq keçmiş baş nazirə məxsus olsa da, Abik Qevoryanın adına rəsmiləşdirilib. İdarədən verilən məlumata görə, avqustun 6-da zavodun ərazisində Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin əməkdaşları axtarış keçiriblər. Nəticədə, 3 qumbaraatan, 7 “AK-74” avtomatı, 2 snayper tüfəngi, 3 ov tüfəng, 2 tapança və külli miqdarda patron aşkarlanıb.
“Abik Qevorkyan və Ovik Abramyanın qardaşı Henrix Abramyan (parlamentin keçmiş deputatı – red.) saxlanılıb”, - xəbərdə qeyd edilir.