Kanada Səudiyyə Ərəbistandan üzr istəməyə və geri addım atmağa hazırlaşmır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Kanadanın baş naziri Justin Trudeau deyib.
Diplomatik təmasların isə davam etdiriləcəyini bildirən baş nazir əlavə edib ki, Ər-Riyadda ötən həftə həbs edilən sosial fəallarla bağlı Kanada adından verilən açıqlamalardan da geri çəkilməyəcəklər.
Baş nazirin sözlərinə görə, ötən gün Kanadanın xarici işlər naziri səudiyyəli həmkarı ilə uzun müzakirələr aparıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kanada ilə diplomatik əlaqələri dayandırıb, səfirini deportasiya edib və öz səfirini həmin ölkədən geri çağırıb.
Əlaqələrin korlanmasına səbəb Kanada Xarici İşlər Nazirliyinin Səudiyyə Ərəbistanında həbs edilən fəalların dərhal azad edilməsi haqda çağırışları olub.