ABŞ müdafiə naziri Ceyms Mettis Böyük Britaniyadan olan həmkarı Qavin Uillamsonla görüşüb.
Teleqraf.com xəbər verir ki, Pentaqonda baş tutan görüşdə ikitərəfli hərbi əməkdaşlıqla yanaşı, Rusiyanın ABŞ-da keçirilən sonuncu prezident seçkilərinə müdaxiləsi də müzakirə edilib.
Ceyms Mettis Rusiyanı 2016-cı ildə keçirilmiş seçkilərə müdaxilə etməkdə suşlayıb: “Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı Pentaqon Daxili İşlər Nazirliyi ilə araşdırmalarını davam etdirir. Hesab edirik ki, Rusiyadan seçkilərə müdaxilə edilib.
Şübhəsiz ki, bu müdaxilənin bir hissəsi Rusiya hakimiyyətinə bağlıdır”.