9 Avqust 2018 13:56
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Lombok adasında bazar günü baş verən zəlzələnin ardınca yenidən 6,2 bal gücündə təkanlar olub.

Teleqraf.com xəbər verir ki, zəlzələnin 12 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.

ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi isə zəlzələnin 5,9 bal gücündə olduğunu açıqlayıb.

Hələlik itkilərin olub-olmadığı haqda məlumat yoxdur.

Televiziya kanallarında yer alan görüntülərdə insanların həyəcan içində ora-bura qaçdığı görünür.


Müəllif: Cavad

Oxşar xəbərlər