Kolumbiya Fələstin dövlətini rəsmən tanıyıb.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı Fələstin xarici işlər nazirinin müavini Teysir Ceradat açıqlama verib:
“Kolumbiyanın sabiq dövlət başçısı Juan Manuel Santos səlahiyyət müddəti başa çatmadan əvvəl Fələstinin xarici işlər naziri Riyad əl-Malikiyə məktubunda Fələstin dövlətinin Kolumbiya tərəfindən tanındığı haqqında qərar verildiyini bildirib. Sonradan Riyad əl-Maliki Santosla görüşdü və tanınma qərarı ona təqdim olundu. Hesab edirəm ki, bu, Fələstin diplomatiyasının uğurudur”.
Diplomat avqustun ortalarında xarici işlər naziri Riyad əl-Malikinin Paraqvaya səfər edəcəyini xatırladıb və əlavə edib ki, bu səfərdən sonra Paraqvayın da Fələstinin müstəqilliyini tanıyacağına ümid edirlər.
Fələstin Xarici İşlər Nazirliyinin qeydlərinə görə, 139 dövlət Fələstinin müstəqilliyini rəsmən tanıyır.