Yunanıstanda meşə yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın yanğından mühafizə xidməti məlumat yayıb.
Xatırladaq ki, iyulun 23-də Yunanıstanda, əsasən də Attikada bir neçə yerdə yanğın baş verib. Havanın yüksək temperaturu və güclü külək yanğına qarşı mübarizəni çətinləşdirib. Vəziyyət nəzarətdən çıxıb. Attikanın şərqində onlarca insan ölüb, təxminən 190 nəfər xəsarət alıb.