10 Avqust 2018 10:48
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabiq prezidenti Mahmud Əhmədinejad İran xalqının mövcud hökumətə etibarının qalmadığını əsas gətirərək prezident Həsən Ruhanini istefa verməyə səsləyib.

Teleqraf.com xəbər verir ki, sabiq prezident sosial şəbəkə üzərindən yaydığı video-mesajında xalqın indiki vəziyyətdən narahat olduğunu bildirib.

Ölkə iqtisadiyyatının parçalanma ərəfəsində olduğunu söyləyən Əhmədinejad bəyan edib ki, xalqın dövlətə etimadı sıfıra enib.

O, Həsən Ruhani və komandasının hakimiyyətdə olmasının İran xalqının zərərinə işlədiyini deyib və əlavə edib ki, millətin hörmətini qazanmağın yeganə yolu bu formada davam etməməkdir.


Müəllif: Cavad

Oxşar xəbərlər