Birləşmiş Krallığın ən zəngin iş adamlarından biri Cim Ratcliffe vergi səbəbindən İngiltərədən ayrılaraq Moskvaya köçmək qərarı verib.
Teleqraf.com-un məlumatına görə, “Sandi Tayms” dərgisinin bu ilin mayında açıqladığı siyahıya əsasən Cim Ratcliffe 21 milyard sterlinq sərvəti ilə İngiltərədə ən zəngin şəxslərdən hesab olunur.
Xatırladaq ki, Cim Ratcliffe iki ay əvvəl İngiltərə kraliçası tərəfindən biznes dünyasına verdiyi töhfələrə görə mükafatlandırılıb.
Hələlik milyarder Londondan Moskvaya köçməsinə dair yayılan xəbərlərə münasibət bildirməyib.