10 Avqust 2018 12:22
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı liderliyində koalisiya Yəmənə havadan zərbələr endirməsi nəticəsində 29 uşaq öldürülüb, 30-dan çoxu isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırmızı Xaç Komitəsi məlumat yayıb.

Uşaqlar ölkənin şimalındakı Saada bölgəsində avtobusla getdikləri zaman hücuma məruz qalıblar.

Husilərin səhiyyə rəsmiləri bəyan ediblər ki, ümumən hücum zamanı 43 nəfər öldürülüb, 61 nəfər yaralanıb.

Koalisiya isə həyata keçirdiyi hücumlarına haqq qazandırır.


Müəllif: Cavad