2018-ci ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrant və qaçqınların sayı açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında qeyd olunur ki, 60 min miqrant Aralıq dənizi vasitəsi ilə Avropaya qovuşa bilib. 1524 nəfər isə yollarda həlak olub və ya itkin düşüb.
Miqrantların 24,6 mini İspaniya, 19 minini İtaliya, 16,5 minini Yunanıstan, 250 nəfəri Malta, 100 nəfəri isə Kiprı sığınıb.
Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 117 mindən artıq, 2016-cı ildə isə 263 mindən çox miqrant və qaçqın gəlmişdi.