ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan aliminium və polad məhsullarına dair gömrük rüsumunu artırandan dərhal sonra Suriya prezidenti Bəşər Əsəd İdlibə hücum əmri verib.
Teleqraf.com xəbər verir ki, əgər əməliyyatlar reallaşarsa 2,5 milyon qaçqın Türkiyəyə keçməli olacaq.
Əsəd rejimi "İdlib Gərginliyi Azaltma Bölgəsi"nin sərhədlərində yer alan Naciyye, Zuaniyye, Bidame, Cisr eş Şuğur, Sukeyk, Temeniya, Han Şeyhun, Latamne, Latmin bölgesi və Türkməndağını hədəf alıb.
Qeyd olunan ərazilər havadan və qurudan bombalanıb. Çoxlu sayda ölənlərin olduğu bildirilir.
Bəşər Əsəd bir müddət öncə "TASS" agentliyinə müsahibəsində əsas hədəfin İdlib olduğunu bildirmişdi. İdlibdə 4 milyon insan yaşayır.