ABŞ-da naməlum şəxslər Sietl aeroportundan “Horizon Air” aviaşirkətinə məxsus Q400 model təyyarə oğurlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-da Sietl-Takoma beynəlxalq aeroportunda sərnişin təyyarəsi dispetçerlərin icazəsi olmadan hərəkət etdiyi üçün bütün reyslərin uçuşları dayandırılıb.
Sərnişinlər təyyarədə olmadan hava limanının əməkdaşı icazəsiz uçuş həyata keçirib. Pilotun şəxsiyyəti və taleyinin naməlum olduğu bildirilir. ABŞ qırıcıları laynerin uçuşundan sonra havaya qaldırılıb. İlkin məlumatlara görə, təyyarə sonra dənizə düşüb.