11 Avqust 2018 14:05
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın NATO üzvü Türkiyənin iqtisadiyyatına yönəlik addımlarını utancverici adlandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif Tvitter hesabında ABŞ-ın sanksiyalardan əl çəkməzsə, bütün dünya ölkələrinin şifahi bəyanatlardan əməli addımlara keçəcəyini qeyd edib: “Biz əvvəllər də qonşumuzun yanında idik, indi də yanında olacağıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə qaldırılması barədə qərarı təsdiqləyib.

Tramp şəxsi Tvitter hesabında bu barədə yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 faizdir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər