11 Avqust 2018 17:18
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Ermənistanda baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmişdi, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Buna görə də Paşinyanın İrana səfəri gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq hesab edir ki, Paşinyanın İran səfəri uyğun olmayan vaxtda seçilib:

“Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçilib. Birincisi, Paşinyan sentyabrda Nyu Yorkda BMT sessisyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda suallar doğuracaq.

İkincisi, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır. Yəni Tehran istəsə belə Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək. Paşinyanın İrana səfəri daha çox Tehrana lazımdır ki, təcriddə olmadığını nümayiş etdirə bilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər