11 Avqust 2018 18:45
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya İqtisadi və Sosisal Komissiyası (ESCWA) 7 ildir davam edən müharibənin Suriyaya vurduğu zərərin həcmini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, komissiya müharibənin Suriyaya 388 milyard dollara başa gəldiyini bildirib.

Hesabata görə, dağıdılmış yol, infrastruktur, yaşayış binaları və digər obyektlərin ümumi həcmi 120 milyard dollardır. Müharibənin davam etdiyi dönəmdə məhsuldarlığın aşağı düşməsinə görə, Suriyanın Ümumi Daxili Məhsul (ÜDM) itkisi 268 milyard dollardan çoxdur.

Komissiyanın ehtimalına görə, Suriyadakı vətəndaş müharibəsində indiyədək 400 min insan həyatını itirib, 22 milyonluq ölkə əhalisinin 50%-i yaşayış yerlərini tərk etmək məcburiyyatında qalıb. Ən az hər 5 suriyalıdan biri başqa ölkədə yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər