Türkiyə hüquq-mühafizə orqanları qırmızı xətt üzrə axtarışda olan terrorçu İbrahim Çobanı məhv edib.
Teleqraf.com xəbər verir ki, terrorçuya qarşı əməliyyat dünən keçirilib.
Tunçelidə keçirilən əməliyyat zamanı Atakan Mahir kod adlı İbrahim Çoban məhv edilib.
Qeyd edək ki, Atakan Mahir eyni zamanda terror təşkilatının səlahiyyətli nümayəndəsi olub.