Rusiyanın Sibir bölgəsində 40 min yaşı olan at balasının dağılmamış fosili tapılıb.
Teleqraf.com xəbər verir ki, "Siberian Times"in məlumatına görə, alimlər Yakutiyanın “cəhənnəm ağzı” kimi tanınan Batagai çökəkliyində tamamilə qorunmuş at balasının fosilini tapıblar.
Arxeoloq Semyon Qriqoryev qeyd edib ki, tapılan fosil 3 aylıq at balasına məxsusdur. Donmuş torpaq fosili günümüzə qədər qoruyub saxlayıb.\
Çökəkliyin 30 metr dərinliyində tapılan bala atın 40 min il öncə yaşadığı ehtimal olunur.