ABŞ hərbçiləri Kanada ilə sərhəddə yerləşən Machias Seal adasında balıq ovlayan şəxsləri sorğu-sual etməsi rəsmi Ottavanın narazılığına səbəb olub.
Teleqraf.com xəbər verir ki, hər iki ölkə adaların onlara məxsus olduğunu bəyan edir.
ABŞ sərhədçiləri bildiriblər ki, sorğu-sualda məqsəd narrkotik və qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində aparılıb.
Kanada XİN bəyan edib ki, Machias Seal adasına uzun illərdir nəzarət edirlər: "Ərazi beynəlxalq hüquq tərəfindən Kanadanın torpağı kimi tanınır".
ABŞ Xarici İşlər Nazirliyi isə adanın 1783-ci ildən etibarən ABŞ-a məxsus olduğunu və kanadalı balıqçıların sadəcə icazə ilə ov etdiklərini bildirib.