13 Avqust 2018 07:36
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ABD Federal Təhqiqat Bürosunun (FBI) ötən həftə özünə qarşı təşkil edilmiş hücumla bağlı araşdırma aparmasına kömək edə biləcəyini qeyd edib.

Teleqraf.com xənər verir ki, Maduro ona qarşı dronla edilən hücumu araşdırmaq üçün FBİ ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Su qəsdçilərin Florida, Peru və Kolumbiyaya qaçdığına inandığını deyən Maduro, "ABŞ hökuməti təhqiqat üçün FBI ilə əməkdaşlıq təklif edərsə qəbul edərəm", bildirib.

Maduro çoxlu sayda venesuelalı miqrantın yaşadığı Florida əyalətində terrorçuların da yaşadğını bildirərək "orada terror hücrələri var, onların məhv edilməsi lazımdır", qeyd edib.

Maduro həmçinin Peru hökumətindən də ölkədə yaşayan şübhəliləri təhvil verməsini istəyib.

Qeyd edək ki, Maduro avqustun 4-də paytaxt Karakasda iştirak etdiyi mərasimdə dronların hücumlarına məruz qalıb. Prezidentin sağ qaldığı sui-qəsd olayında 7 hərbçi yaralanıb.

Maduro bildirib ki, ona sui-qəsd haqqında əmri Kolumbiyanın sabiq başçısı Xuan Manuel Santos verib. Onun sözlərinə görə, Santos müxalifət siyasətçilərinin köməyindən istifadə edərək hücumu hazırlamışdı. Maduronun fikrincə, Kolumbiyanın sabiq başçısı Venesuelanın Milli Məclisinin müxalifət üzvü Xulio Borxeslə birgə hərəkət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər