13 Avqust 2018 11:30
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov ətrafında yaranmış vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Agentlik bu barədə Ermənistanda araşdırma aparıldığına da diqqət çəkib.

“KTMT-nin baş katibi ilə bağlı problemlər var, bu, bizə də problem yaradır. Bir problem həmişə başqa problemləri yaradır”, - deyə Putin Nazarbayevlə görüşündə deyib.

Qeyd edək ki, Yuri Xaçatoruv bir neçə gün əvvəl 2008-ci ilin martın 1-də İrəvanda baş vermiş etiraz aksiyalarında iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilərək həbs olunmuşdu.

Rusiyanın kəskin etirazından sonra o, azadlığa buraxılıb. Xaçaturov hazırda Moskvadadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər