13 Avqust 2018 17:26
4 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökumətinin ölkəni cənginə almış iqtisadi böhranı həll etmək üçün vaxtı və imkanları yoxdur.

Teleqraf.com xəbər verir ki, ingilis iqtisadçı Larri Elliott “Guardian” qəzetində dərc edilmiş məqaləsində belə yazır.

İngilis mütəxəssis lirənin kəskin dəyər itkisinin və hökumətin maliyyə çatışmazlıqlarının qarşıdakı həftələrdə Türkiyədə daha ağır nəticələrə gətirib çıxaracağını iddia edir:

“Türkiyədəki böhran hələlik daxili problem kimi görünür, amma bu, daha ciddi hal almaq potensialına malikdir. Nəzərə almaq lazımdır ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmağa hazırlaşır, üstəgəl, Türkiyə hökuməti yüksək faizli kreditlər götürüb. İndiki vəziyyətdə hökumətin xarici borcu fantastik həcmdədir və bu, Türkiyə üçün yaxşı heç nə vəd etmir”.

Larri Elliott böhranın ağırlaşdığı dönəmdə ABŞ – Türkiyə münasibətlərinin getdikcə gərginləşdiyini xatırladır:

“Problemləri həll etmək üçün Türkiyənin vaxtı yoxdur. Ərdoğan isə qələbə qazanmayacağı savaşı davam etdirir, bu da iqtisadiyyata zərər verir. Buna görə də düşünürəm ki, Ərdoğan Branson məsələsində Trampa təslim olmaq məcburiyyətində qalacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər