14 Avqust 2018 00:58
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Dövlət Fiksal Xidmətinin keçmiş rəhbəri, azərbaycanlı Roman Nəsirovun barəsində çıxarılmış qətimkan tədbirinin müddətini daha iki ay uzadıb. Xüsusi antikorrupsiya prokurorluğunun vəsadəti əsasında məhkəmə Nəsirovun daha 2 ay elektron qolbaq gəzdirməsi barədə qərar çıxarıb.

Roman Nəsirov korrupsiyada və vəzifəsəlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilmişdi. Daha sonra onun barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilib, keçmiş nazir elektron qolbaq gəzdirmək şərti ilə sərbət buraxılıb.

Məhkəmənin son qərarına əsasən Roman Nəsirov Kiyev vilayətinin hüdudlarından kənara çıxa bilməz. Bunun üçün məhkəmənin xüsusi qərarı olmalıdır. Habelə onun adı cinayət işində keçən şahidlərlə ünsiyyətinə qadağa qüvvəsində qalıb.

Bundan əvvəl Roman Nəsirov Ukrayna prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirmişdi. O, barəsində irəli sürülmüş ittihamları rədd edir, siyasi motivli sayır və sifarişli təqiblə üzləşdiyini bildirir.

"Mən prezident olmaq üçün hər şeyi edəcəyəm. Hər gün bu barədə daha çox düşünürəm. Artıq buna hazırlaşmağa başlamışam. Məni prezident olmağa dostlarım, məsləhətçilər stimullaşdırır. Mənim fikrimcə görünür belə olmalıdır...Mən prezident olmaq üçün hər şey edəcəyəm"-Nəsirov iyulun 29-da "112 Ukrayna" telekanalına bildirib. O, prezident olandan sonra Rusiya prezidenti Vladimir Putinlə də "dil tapa biləcəyinə" ümid edir. "Çünki bizim ümumi marağımız var-cüdo"-Roman Nəsirov deyib.
/Virtualorg.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər