14 Avqust 2018 10:38
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin balıqçılıq naziri Per Sandberq sevgilisi ilə İrana getdiyi üçün istefa vermək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, Sandberq İran kökənli Bahareh Letnes ilə münasibətinə görə daim tənqid hədəfində olub.

Nazir 10 il əvvəl Norveçdə yaşamaq icazəsi alan sevgilisi ilə ötən ay İrana səyahət edib. Hara getdiyi haqda heç kəsə məlumat verməyən nazirin dövlət telefonunu da özü ilə götürdüyü ortaya çıxıb.

Milli təhlükəsizliyi təhdid riski olduğu üçün baş nazir Erna Solberq telefonun polis tərəfindən araşdırılmasını tələb edib.

Nazir bu durumda istefa verdiyini elan edib.

Qeyd edək ki, Per Sandberq eyni zamanda miqrasiyaya qarşı olan İnkişaf Partiyasında sədr müavini postunu tutub.


Müəllif: Cavad

Oxşar xəbərlər