14 Avqust 2018 12:42
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qadın 18 yaşlı qızını yatdığı yerdə baltalayıb.

Publika.az xəbər verir ki, hadisə Rusiyanın Perm diyarının Çaykovski şəhərində yaşanıb.

49 yaşlı Tatyana adlı qadın türkiyəli həyat yoldaşı evi tərk edəndən sonra qızını öldürüb. Qızın cansız bədəni sevgilisi tərəfindən tapılıb. Araşdırma zamanı qızın anası tərəfindən öldürüldüyü məlum olub. Belə ki, o, qızı yatdığı yerdə dəfələrlə başına balta ilə vurub.

Qonşuların ifadələrindən məlum olub ki, qadının həyat yoldaşı işləmək üçün Rusiyaya gəlib, uşaqları dünyaya gələndən sonra onu tərk edib. Qadın həmin vaxtdan bir neçə işdə işləyərək uşaqlarına baxıb. Lakin qadının 18 yaşlı qızı Yulia ilə münasibətləri çox pis olub. Qonşular onların tez-tez dalaşdığını, hətta qadının “onun kimi 7 qızım olsa, hamısını öldürərəm” kimi ifadələr işlətdiyini bildirir.

Bəzi qonşular isə qadının qızı ilə hər zaman fəxr etdiyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər