14 Avqust 2018 13:06
3 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkili Bransonun sərbəst buraxılması və ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılması üçün aidiyyatı qurumlara yenidən müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, vəkil İsmayıl Cem Halavurt 3 səhifəlik ərizə ilə müvəkkilinin həbsinə etiraz edib.

Qarşı tərəfə hansı cavabın verildiyi hələlik açıqlanmır.

Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.

2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.

Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər