Özünü xəlifə elan edən İŞİD lideri Əbu Bəkir Bağdadini ələ keçirmək üçün ABŞ böyük əməliyyat hazırlayır. Bu əməliyyat "Əl Qaida"nın sabiq rəhbəri Usama Bin Ladinə qarşı həyata keçirilən hərbi plandan daha böyükdür.
İngiltərə mətbuatının yazdığına görə, ABŞ bununla bağlı geniş tərkibli heyət formalaşdırılıb. ABŞ Mərkəzi Kəşfiyyatının 100 agenti Bağdadini qarabaqara izləməklə məşğuldur. Bu işə İngilətərə kəşfiyyatçıları da qoşulub. Heç bir iz buraxmayan Bağdadiyə şərti olaraq "əyulə" (həyalət) ayaması verilib. 2011-ci ildə Bin Laden öldürüləndən sonra bu, ən böyük antiterror əməliyyatı hesab edilir. Əməliyyatlarda ən son model kəşfiyyat qurğularından, robotlardan istifadə olunur.