14 Avqust 2018 14:10
2 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın noyabrın 5-də qüvvəyə minəcək neft sanksiyalarına qarşı rəsmi Tehran əks-həmlə edib.

Teleqraf.com İRNA-ya istinadla xəbər verir ki, neft bazarındakı tələbat və digər neft ixracatçılarının endirimlərindən istifadə edən İran neftin qiymətini aşağı salıb.

İran Neft Nazirliyindəki mənbənin sözlərinə görə, müştərilərə edilən endirimlər bütün neft ixracatçıları tərəfindən qlobal neft bazarının əsaslarını təşkil edir.

Rəsmi şəxs endirimlərin hansı həcmdə olacağı barədə məlumat verməyib.

Qeyd edək ki, İran gün ərzində təqribən 2 milyon 200 min barel xam neft ixrac edir. Bunun yarısı Çin və Hindistanın, 25 faizi Avropa ölkələrinin, bir qismi isə Cənubi Koreya və Yaponiyanın payına düşür.


Müəllif: Nərgiz

Oxşar xəbərlər