14 Avqust 2018 20:08
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitebsk vilayətindəki zavodların birinə səfər edən Belarus prezidenti hökuməti sərt tənqid edib.

Teleqraf.com “Gazeta.ru”ya istinadla xəbər verir ki, Aleksandr Lukaşenko Orşansk rayonunun kompleks inkişafına dair iclasda iki naziri işdən qovub. Lukaşenko insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi onların öz işlərinə məsuliyyətsiz və etinasız yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən Lukaşenko sənaye naziri Vitali Vovku işdən azad edərək, zavoda işləməyə göndərib. Nazirin burada hansı vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident, onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye naziri ilə birgə arxitektura və tikinti nazirini də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus prezidenti, payıza qədər hərbi-sənaye kompleksində vəziyyəti düzəltməyəcəkləri təqdirdə, onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər