Suriyanın İdlib şəhərində diplomatik kanallar sonuna qədər uzanacaq. İdlibin Suriya hökumətinin nəzarətinə keçməsi yönündə razılıq var, ancaq bunun necə icra ediləcəyi məsələsində ixtilaflar mövcuddur.
Bu sözləri Suriya-Türkiyə və Rusiya-Türkiyə arasındakı münasibətlərin fonunda İdlib prosesini dəyərləndirən Türkiyə-Suriya dostluq qrupunun baş koordinatoru professor Mehmet Yuva bildirib.
Yuva qeyd edib ki, Rusiyanın razılığı olmadan Suriya ordusu İdlibin mərkəzi və Türkiyə sərhədlərinə doğru əməliyyatlara başlamayacaq. Rusiyanın Suriyada istər ABŞ-la, istərsə kürd qruplarla, ən əsası da İran və Türkiyə ilə bağlı ayrıca konsepsiyası var. Rusiya məsələnin daha təmkinli, daha ağıllı şəkildə nəticələndirmək niyyətindədir. Şahmat taxtasında bu oyunu daha dəqiq oynayan, daha yaxşı istiqamətləndirən ölkə Rusiyadır.