15 Avqust 2018 10:25
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk biznesmen Levent Kitabçının rus əsilli xanımı Mariya Kitabçı ərindən 10 milyon lirə təzminat tələb edir.

Teleqraf.com xəbər verir ki, Mariya Kitabçı ərinin ona “fil kimisən, gonbul...” ifadəsi ilə təhqirə məruz qoyduğunu, fiziki və maliyyə zorakılığı tətbiq elədiyini iddia edib.

Artıq rus əsilli xanım biznesmenə məhkəmə davası açıb. Davada boşanmaq istəyi də yer alıb.

Mariya ərinin 31 yarış atı olduğunu deyərək 10 milyon lirə təzminat və aylıq 30 min lirə aliment tələb edir.

Mariya Kitabçı 12 il əvvəl Levent Ktabçı ilə ailə qurub, daha sonra Türkiyəyə köçüb və işini itirib.

İddiada Mariya bildirib ki, yaşadığı zorakılıq səbəbindən qabırğası sınıb, gözünün görmə qabiliyyəti azalıb. Bundan sonra Mariya ərindən boşanmaq istədiyini dilə gətirib. Levent Kiytabça isə mülkiyyətindən olan mülkləri dərhal atası və qardaşının adına keçirib.

Biznesmen Levent Kitabçı da xanımına qarşılıqlı iddia qaldırıb.

İddiada qeyd edilib ki, Mariya 4 aylıq hamilə ikən Leventin yanına gəlib, Levent isə hamiləliyin sonlandırılmasının mümkün olmadığı səbəbindən onunla ailə qurmağa razı olub. 31 yarış atı isə biznesmenin atasına məxsusdur.

İstanbul Məhkəməsi bu işlə bağlı ara qərarını açıqlayıb. Qərara əsasən, ana və uşağın aylıq qarşılığının ödənilməsi üçün 7500 lirə ödənilməlidir. Həmçinin Levent Kitabçaya aid olduğu iddia edilən 19 ingilis yarış atı ilə bəzi mülkiyyətləri ilə bağlı tədbirlər görülməsi vacib sayılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər