İsrail baş naziri Binyamin Netanyahu ilə Misir lideri Əbdülfəttah Sisinin Qahirədə qapalı görüşdüyü iddiası öz təsdiqini tapır.
Teleqraf.com xəbər verir ki, yayılan iddiaya görə, Netanyahu nazirlərdən biri ilə mayın 22-də Qahirədə Sisini ziyarət edib.
Lakin bu ziyarət haqqında mediaya bilgi verilməyib. Görüşdə əsasən Qəzza zolağında atəşkəs, ABŞ-ın yaxın Şərq sülh planı və sanksiyalar mövzusu müzakirə edilib.
Bir neçə saat Qahirədə olan Netanyahu elə həmin gecə Təl-Əvivə qayıdıb.
İsrail maliyyə naziri ölkə mediasında yer alan məxfi görüş haqqında danışarkən deyib ki, Qəzzada ediləcək hər şey Misirin vasitəçiliyi və müdaxiləsi ilə olacaq.
İddiaya görə, görüşdə Misir lideri Sisi Qəzzada atəşkəsin əldə olunması məsələsində ərəb ölkələrinin Fələstin lideri Mahmud Abbasa təzyiqlər etdiyini bildirib.