15 Avqust 2018 13:22
3 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi (İzmir) ikinci dəfə amerikalı rahib Endryu Bransonun vəkilinin müvəkklinin ölkədən çıxmaq qadağasının ləğv edilməsi və ev həbsindən azad edilməsi ilə bağlı müraciətini rədd edib.

Teleqraf.com xəbər verir ki, vəkil İsmayıl Cem Halavurt məhkəməyə ayın 14-də müraciət edib.

Bu gün isə ona verilən cavabda məhkəmə qarşısında qaldırıldığı iddiaların təmin edilmədiyi diqqətinə çatdırılıb.

Halavurt məhkəməyə təqdim etdiyi ərizədə Bransonun PKK və FETÖ terror təşkilatları ilə əlaqələrini sübut edən dəlillərin olmadığını iddia edib. O, müvəkkilinə qarşı irəli sürülmüş “agent” ittihamının hüquqi əsasının olmadığını bildirib.

Vəkil Branson haqda istintaqa ifadə vermiş “Dua” şifrəli və digər gizli şahidlərin olmadığını da deyib.

Qeyd edək ki, Endryu Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs edilib.

Bir neçə gün əvvəl cəzası dəyişdirilərək, ev həbsinə məhkum edililən amerikalı keşişin çevrilişə cəhd olunduğu gün ABŞ-a göndərdiyi məktub ələ keçirilib. O, məktubunda “Türkiyəni çalxalayacaq hadisələrin olacağını gözləyirdik. Çevrilişə cəhd şok addım idi, amma bu dəfə baş tutmadı”, ifadələrinə yer verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər