Ermənistanda naməlum şəxs Səhiyyə Nazirliyinin binasını partlatmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbərdarlıq alan polis hərəkətə keçib və binaya bomba yerləşdirmək istəyən şəxs hadisə yerində saxlanılıb.
İlkin araşdırmadan sonra binanı partlatmaq istəyən şəxsin onkoloji xəstə olduğu bəlli olub.
Ermənistan Daxili İşlər Nazirliyi isə bu barədə yayılmış məlumatları təkzib edib.