15 Avqust 2018 18:49
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xəzər dənizində kompleks hərbi bazası qurulacaq.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Xəzər dənizində müasir hərbi bazanın qurulmasına ehtiyac var:

“Ən vacib məsələlərdən biri bölgədə gəmi təmiri müəssisələrinin tikilməsi və Xəzər donanmasının gəmilərinin saxlanılmasıyla bağlıdır. Bu məqsədlə 2017-ci ildə Həştərxan donanması Dağıstana – Mahaçqala limanına köçürüldü. İndi də donanmanın sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Donanmanın təlim imkanları, təchizatı, sualtı təxribatara qarşı vasitələri gücləndirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu