15 Avqust 2018 22:01
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sirli kosmik qurğu ABŞ-da həyəcana yol açıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Yleem Poblete İsveçrədə keçirdiyi mətbuat konfransında "nə olduğunu qəti şəkildə bilmirik və bunu sübut etməyin bir yolu yoxdur", deyə qeyd edib.

Yleem Poblete sirli kosmik qurğunun silah olub-olmadığını söyləməyin mümkünsüzlüyünü qeyd edib.

Rusiya tərəfi iddiaları "şübhəyə söykənən əsassız, qarayaxma" adlandırıb.

Qeyd edək ki, adı çəkilən qurğu ötən ilin oktyabr ayında ABŞ səmasında görülüb.

Poblete kosmik qurğunun əvvəlki qurğulara bənzəmədiyini qeyd edib.

Rusiyanın Kosmik Gücü komandanlığının "məqsədimiz yeni silah prototipləri əldə etməkdir" fikirlərini münasibət bildirən Poblete bildirib ki, rusların bu peyklə bağlı mövqeləri naməlum olduğundan narahatedici durum yaranıb.

Poblete ABŞ-ın Rusiyanın kosmik silahlar əldə etməsindən narahat olduğunu bildirib.

Rus diplomat Aleksandr Deynko "Reuters"ə bildirib ki, Pobletenin dedikləri şübhə, fərziyyəyə söykənən əsassız ittihamlardır.

Deynko ABŞ-ı Rusiya və Çin arasında kosmosda silahlanma yarışını dayandırmağı nəzərdə tutuan anlaşmaya qoşulmağa çağırıb.

Məşhur RUSİ (Royal United Services Institute) mütəxəssisi Aleksandr Stikings yaxın gələcəkdə kosmik silahların ənənəvi silahları üstələyəcəyini bildirib.

"Bu cür silahlar bir peyki yox etmək, ya da tamamilə dayandırmaq gücündə olacaq. Ancaq konkret hansı texnologiyanın mövcud olacağını söyləmək çətindir, çünki hər şey gizli saxlanılır.

Stikinqs ABŞ prezidenti Donald Trampın ölkəsinin kosmosa sahiblənməsinə dair açıqlamalarına toxunaraq bildirib: "ABŞ prosesləri şəkildə təqdim etməyə çalışır. Kosmos çox sülhpərvərdir, amma Rusiya və Çinin etdikləri buna ziddir".

Qeyd edək ki, Donald Tramp iyun ayında Müdafiə Nazirliyinə ABŞ ordusunun "'Kosmos Gücü" qolunun yaradılması barədə əmr verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər