16 Avqust 2018 12:39
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayında İranın paytaxtı Tehran şəhərində dərvişlərin dinc etiraz aksiyasında saxlanılmış 8 nəfərə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, məhkəmə ən ağır cəzanı jurnalist Mustafa Əbdinə kəsib.

O, 26 il azadlıqdan məhrum edilməklə yanaşı, 148 şallaq və 2 il sürgün cəzasında məhkum edilib. Eyni zamanda, jurnalistə cəzasını çəkdindən sonra 2 il müddətinə ölkədən çıxması və 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Tehran məhkəməsinin hökmü ilə həmçinin dərvişlər Mehdi Məhdəvifər, Bəşir Riyahi, Səxavət Səlimi, Əbülfəzl Səhrai, Rüstəm Səgvənd, Murtuza Kəngərlu və Ərdəşir Əşayiri 7 il azadlıqdan məhrum ediliblər. Şallaq cəzasına məhkum edilən dərvişlərə 2 il Sistan-Bəlucistan bölgələrinə sürgün cəzası verilib.

Dərvişlər icazəsi aksiya keçirməkdə, ictimai asayişi pozmaqda, polisə müqavimət göstərməkdə və ölkənin milli təhlükəsizliyini təhdid etməkdə ittiham olunurlar.

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında insident baş verib. Polis dərvişlərin dinc aksiyasını dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, odlu silahdan atəş açıb. Nəticədə bir neçə dərviş həlak olub, onlarla dərviş yaralanıb. Hadisədə 600 nəfər saxlanılıb.

Hüquq-mühafizə əməkdaşlarından isə 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər