16 Avqust 2018 14:56
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqtonda elektrik enerjisi kəsildiyi üçün Reyqan hava limanı bağlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aeroportdan uçuş və təyyarə enişi dayandırılıb.

Hava limanının fəaliyyətinin nə zaman bərpa olunacağı barədə rəsmilər heç bir məlumat verməyib. Paytaxtdakı elektrik enerjisinin kəsilmə səbəbi barədə araşdırma aparıldığı bildirilir.


Müəllif: Nərgiz