16 Avqust 2018 19:53
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Administrasiyasının rəsmisi İbrahim Kalın ölkənin maliyyə bazarında müşahidə olunan böhranla bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, İ.Kalın Türkiyənin heç kəslə iqtisadi müharibədə olmadığını bildirib:

"TL-yə qarşı spekulyasiya birtərəfli edildi. Prezidentin iqtisadi savaşa qarşı çağırışına dəstək olan hər kəsə təşəkkür edirik. Dünən Qətər dövləti 15 milyard civarında yatırım qərarı verdi. Maliyyə Nazirliyinin təmasları nəticəsində Küveyt, Almaniya, hətta Rusiyadan xoş xəbərlər aldıq. Tramp administrasiyasının qərarı təkcə Türkiyə ilə bağlı deyil, AB-yə də aiddir. Almaniya, Fransa, Qətər, Küveyt və digər ölkələr Türkiyənin yanında olduqlarını bəyan ediblər. Biz bu böhranı fürsətə çevirə biləcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər