17 Avqust 2018 11:33
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz Universitetinin yubiley tarixi dəyişdirilib.

Teleqraf.com-un məlumatına görə, təhsil müəssisəsinin iyunun 12-də qurulmasına baxmayaraq, universitet rəhbərliyi 70-ci ildönümü avqustun 29-da qeyd etmək barədə qərar verib.

Bu tarixin dəyişdirilməsi isə təsadüfi deyil. Bununla Təbriz Universitetinin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi sülaləsinin İrandakı hakimiyyəti dövründə təsis edildiyi göstərilir.

Tarixi sənədlərə görə, Güney Azərbaycan Milli Hökumətinin parlamenti 1945-ci il dekabrın 30-da 4 maddəlik bir qanun layihəsini təsdiq edərək Təbriz Univcersitetinin (Azərbaycan Universiteti) təsis edilməsi haqda qərar qəbul edib. Universitet 1946-ci il iyunun 12-də hökumət başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb.

Həmin il Təbriz Universitetinin tibb fakültəsinə 60, pedaqoji fakültəsinə 120 və kənd təsərrüfatı fakültəsinə 60 tələbə qəbul olunub.

Seyid Cəfər Pişəvəri Azərbaycan gömrüklərindən əldə olunan gəlirin 25 faizini bu universitetə ayırıb.

Pəhləvi ordusu Güney Azərbaycana daxil olduqdan sonra Təbriz Universitetinin bir hissəsi dağıdılıb. Bundan sonra təhsil müəssisəsinin fəaliyyəti bir neçə il müddətinə bağlanılıb.

Milli Hökumət dövründə universitetin rəhbəri Nüsrətulla Cahanşahlu olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər