Türkiyə müdafiə naziri Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu gün səhər saatlarında xüsusi təyyarə ilə Rusiyanın paytaxtı Moskvaya səfər edib.
Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, Hulusi Akar və Hakan Fidan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə bir araya gəlib.
Türkiyəli rəsmilər üçün hərbi qarovul dəstəsini düzülüb. Türkiyə müdafiə naziri və MİT rəhbəri Sergey Şoyqu başda olmaqla bir sıra rusiyalı rəsmilərlə görüşüblər.