Türkiyənin Ərzincan şəhərinin Tərcan mahalında müftilərin ənənəvi aylıq toplantısı keçirilən əyalət nümayəndəliyinin binasına silahlı basqın edilib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Fateh adlı şəxs qəflətən toplantı zalına daxil olaraq, içəridəkilərə silahlı hücum çəkib.
Hadisə zamanı Rasim Qılınc adlı imam və Ərsin Kağan adlı vaiz ölüb, 4 imam yaralanıb.
Polis hadisəni törədən şəxsin yaxalanması istiqamətində əməliyyata başlayıb.