Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü nəvəsi dünyaya gəlib.
Teleqraf.com xəbər verir ki, Nəcməddin Bilal Erdoğan və Reyyan Erdoğan cütlüyünün bu gün üçüncü övladı olub.
Fatimə adı körpənin durumunun yaxşı olduğu bildirilir. Fatimənin Ömər və Əli Tahir adlı iki qardaşı var.
"Fatımə Serra bu gün səhər dünyaya gəldi. Allah qızımızı vətənə, millətə, ümmətə, İslama xadim etsin. Bizə gül göndərmək istəyənlərdən xahiş edirəm ki, hədiyyə əvəzinə xeyriyyə cəmiyyətlərinə "Fatimə Serra niyyətinə" yardım etsinlər", deyə B.Ərdoğan qeyd edib.