18 Avqust 2018 00:25
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin Baş naziri vəzifəsinə seçib.

Teleqraf.com xəbər verir ki, solçuların dəstəyini qazanan siyasətçiyə 99 deputatdan 55-i səs verib.

40 yaşlı M.Şarets ən gənc Baş nazir kimi Sloveniya tarixinə düşüb.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib.

Beş partiyadan ibarət koalisiya yaradan M.Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər