Kanadada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Albert əyalətinin Edmonton şəhəri yaxınlığında baş verib.
Təyyarə Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.
Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.