18 Avqust 2018 10:45
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefrey Birləşmiş Ştatların Suriyadakı xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Ankaradakı sabiq səfiri ABŞ-ın Yaxın Şərqdəki ən mühüm mövqelərindən birinə təyinat alıb.

Ceyms Cefreyin Dövlət katibi Mayk Pompeonun qatıldığı mərasimdə and içərək yeni vəzifəsinin icrasına başladığı bildirilir.

Qeyd edək ki, 1946-cı ildə doğulan Ceyms Ceffrey 2008-2010-ci illərdə Türkiyədə, 2010-2012-ci illərdə isə İraqda səfir olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər