Pekin ABŞ-ın Çin silahlı qüvvələri barədə hazırladığı hesabata kəskin etiraz edib.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan bəyanatla çıxış edib.
Lu Kan qeyd edib ki, dünən yayılan hesabatda Çin ordusunun ABŞ və müttəfiqlərinə qarşı zərbələrə hazırlandığı barədə fərziyyə irəli sürülüb: “ABŞ-da hazırlanan hesabatında real faktlar nəzərə alınmayıb, Çinin ordu quruculuğu haqda absurd şərhlər yer alıb, həmçinin Çinin müstəqilliyi və ərazi bütövlüyü barədə məsuliyyətsiz bəyanatlar verilib. Çin tərəfi bununla əlaqədar kəskin etirazını bildirir”.
Vurğulanıb ki, Pekin sülh yolu ilə inkişafın tərəfdarıdır və və onun hərbi siyasəti ciddi müdafiə xarakteri daşıyır.