18 Avqust 2018 17:09
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-dən yoxa çıxan Türkiyənin Meksika səfirliyinin ikinci katibi Nurbanu Şəntürk tapılıb.

Teleqraf.com xəbər verir ki, diplomatın Qurban Bayramı ərəfəsində ölkəsinə gələrək ailəsinə baş çəkdiyi haqda xəbər yayılıb.

Bəlli olub ki, xanım diplomat bir müddət anası ilə telefon vasitəsilə danışıb.

Qeyd edək ki, Türkiyə səfirliyi ikinci katibin yoxa çıxmasından sonra Meksika hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Tapılan diplomatın bəzi ruhi problemləri olduğu haqda iddialar irəli sürülüb.

Lakin Türkiyə XİN bu məsələyə dair şərh verməyib.


Müəllif: Cavad